Advertisment

Polşada ruhaniyə hücum edən şəxs Ukrayna hərbçisidir

Polşada ruhaniyə ölümcül hücumda ittiham olunan Ukrayna vətəndaşı ömürlük həbs cəzası gözləyir.

Herbiand.az xəbər verir ki, ona qarşı artıq rəsmi ittihamlar irəli sürülüb.

Məlumata görə, hücum edən şəxs Ukrayna Silahlı Qüvvələrinin hərbçisidir. O, Almaniyadan evə gedərkən Polşadan tranzitlə keçirdi. Şübhəli şəxs məhkəmə-psixiatrik müayinədən keçiriləcək.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Podkarpat voyevodalığındakı Yaroslav abbatlığının ərazisində baş verib. Hücum nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.

Bəxtiyar CƏFƏRLİ