Rusiya Müdafiə Nazirliyi yeni artilleriya tüstü mərmisini patentləşdirib və artıq onu tam miqyaslı sınaqlardan keçirib. Mərminin hazırlanması zamanı Caesar özüyeriyən artilleriya topu üçün hazırlanmış Fransa LU217MS-in çatışmazlıqları nəzərə alınıb.
Herbiand.az bildirir ki, bu barədə patent sənədləri ilə tanış olan TASS agentliyi yazıb.
Nəşr qeyd edib ki, Rusiyada hazırlanmış yeni mərmi tüstü ekranları yaratmaq və müxtəlif düşmən aktivləri üçün görünürlüyü azaltmaq üçün nəzərdə tutulub: “Xüsusilə, mərmidən atəş mövqelərini, optik alətləri, komanda məntəqələrini və müşahidə məntəqələrini gizlətmək və kor etmək üçün istifadə edilə bilər. Bundan əlavə, sursat infraqırmızı diapazonda işləyən optik-elektron kəşfiyyat, hədəf təyinatı və silah idarəetmə sistemlərini hədəf almaq üçün nəzərdə tutulub”.
Bəxtiyar CƏFƏRLİ