"BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna münaqişəsinin nizamlanması prosesində fəal iştirak edir". Herbiand.az xəbər verir ki, bu fikri baş katibin nümayəndəsi Stefan Dyujarrik səsləndirib.
“Baş katib bu məsələnin həlli istiqamətində əlindən gələn qədər fəallıq göstərir”,-deyə Dyujarrik bildirib.
Qeyd edək ki, bir müddət öncə Antonio Quterreş Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumları nəticəsində dinc əhali arasında itkilərin artmasından narahatlığını ifadə edib.
Rusiya tərəfi isə onun fəaliyyətindən narazıdır. Xarici İşlər naziri Sergey Lavrov BMT baş katibini və onun komandasını “Qərb dövlətlərinin maraqlarına xidmət etməkdə” günahlandırıb.
E.Cəfərli