Fransada Rusiyanın Avropa ölkələrinə hücum edəcəyi ilə bağlı marahatlıqlar artıb.
Fransa prezidentliyinə namizəd, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot əksinə Makronun müharibəyə başlamaq istədiyini bildirib. Herbiand.az xəbər verir ki, o, bu barədə özünün X sosial şəbəkəsindəki hesabında yazıb.
“Makron özü müharibə istəyir”- deyə siyasətçi Makronun Tallində pilotsuz aparatların istehsal olunduğu hərbi zavodda baş verən yanğınla bağlı Rusiyaya qarşı irəli sürülən ittihamları şərh edərkən bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvaya Estoniyanın paytaxtında PUA zavodunun yandırılmasında iştirakla bağlı ittihamları əsassız fikirlər adlandırıb.
Sentyabrın 25-də prezident Putin isə Rusiyanın Avropa ilə müharibəyə hazırlaşmadığını, bunun üçün heç bir motiv və əsasın olmadığını bildirib. Rusiya lideri Avropa ölkələrinin Ukraynaya dəstəyi davam etdirmək məqsədilə vəziyyəti bilərəkdən gərginləşdirdiyini vurğulayıb.
E.Cəfərli