Rusiya Dövlət Dumasında Ukraynanın suverneliyi və ərazi bütövlüyü təhdid edilib. Herbiand.az xəbər verir ki, Dumanın Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bəyan edib ki, Ukraynanın Rusiyaya birləşməkdən başqa yolu qalmayacaq:
“Ukraynanı enerji infrastrukturunun məhv edilməsi fonunda birləşmə qaçılmaz görünür”.
Rusiyalı deputat Ukraynanı “psevdo-dövlət” adlandırıb.
“Əgər söhbət hazırda Ukrayna adlanan psevdo-dövlətin tutduğu ərazidən gedirsə, ora dəfə Rusiya ilə birləşdikdən sonra hər şey yaxşı olacaq.
Kiyev rejimi soyuqların başlaması ilə çətin günlər yaşayacaq. Onların onsuz da enerji güclərinin yarısı sıradan çıxarılıb. Əgər ordumuz səy göstərsə, payızda ikinci yarını da məhv etmək olar”,- deyə deputat sərsəm fikirlərini davam etdirib.
Juravlyov iddia edib ki, ukraynalıların əksəriyyəti gec-tez Zelenskinin onları aldatdığını anlayacaq.
“Ukrayna xalqının donması ehtimalına görə də yalnız o məsuliyyət daşıyır. O, açıq şəkildə general Şaxtanı öz tərəfinə çəkməyə söz vermişdi. Amma o, xain deyil və məlum olduğu kimi, həmişə yalnız Rusiya uğrunda vuruşur”, -deyə Juravlyov vruğulayıb.
Bundan əvvəl Ukrayna deputatı Dmitri Razumkov Rusiyanın bu qış Ukraynanın enerji sisteminin qalan hissəsini də tamamilə məhv edə biləcəyini bildirmişdi.
E.Cəfərli