Advertisment

"O münaqişəni mən 2 günə həll etdim, Putin inana bilmirdi" - Tramp

“Rusiya Prezidenti Vladimir Putin 10 il ərzində Ermənistanla Azərbaycan arasında münaqişəni tənzimləməyə çalışsa da, nəticəyə nail ola bilməyib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində tərəfdarları ilə keçirilən görüşdə danışıb.

Onun sözlərinə görə, o isə Azərbaycan və Ermənistan arasında razılaşmaya cəmi 2 gün ərzində nail ola bilib: “Putin buna inana bilmirdi. O dedi: “Mən 10 il bu müharibəni tənzimləməyə çalışdım, lakin bacarmadım”. Mən isə bunu iki günə etdim”.