Advertisment

Tehrandan rəqiblərinə sərt xəbərdarlıq

ABŞ və İsrail İran ərazisinə yenidən zərbələr endirsə Tehran buna cavab verməkdən çəkinməyəcək. Herbiand.az xəbər verir ki, bu barədə yüksək rütbəli İran rəsmisi açıqlama verib.

“Bu dəfə İranın ehtiyatlı davranmasına, yaxud da hərbi müdaxilələrini konkret coğrafiya ilə məhdudlaşdırmasına heç bir əsas olmayacaq”- deyə rəsmi vurğulayıb.

Bundan başqa, Tehran qarşı tərəfə ən son texnologiyalara əsaslanan və gözlənilməz zərbə gücünə malik hərbi arsenalını nümayiş etdirməyə tam hazır olduğunu bəyan edir.

"The New York Times" nəşrinin verdiyi məlumata görə, Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi müdaxilə ssenarilərini yenidən masaya yatırıb və bu çərçivədə Ağ Ev rəhbəri Donald Trampa üç günlük intensiv hərbi əməliyyatlar planı təqdim olunub.

Aydın

Herbiand.az