Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub.
AZƏRTAC-ın verdiyi məlumata görə, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, dağıntıya məruz qalan restoran Azərbaycanın milli mətbəxi kimi tanınan “Desant” restoranı olub. Xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.