Advertisment

Kanada əsgərlərinin ölümünün səbəbi məlum olub

17 oktyabrda Alberta əyalətindəki Ueynrayt hərbi bazasında Kanada Silahlı Qüvvələrinin 4 hərbçisinin ölümünə səbəb olan yanğın avtomatik qumbaraatan atış poliqonunda başlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə briqada generalı Vanessa Hanrahan bildirib.

Hadisə nəticəsində yaralanan hərbçilərdən 22-si artıq xəstəxanalardan evə buraxılıb, 27 nəfərin isə müalicəsi davam edir.

Daha əvvəl Kanadanın baş naziri Mark Karni faciənin terror hücumu olmadığını, lakin yanğının səbəbinin araşdırıldığını bildirmişdi.

Bəxtiyar CƏFƏRLİ