Advertisment

Senator: Trampın ritorikadakı dəyişikliyi Rusiya ordusunun uğurları ilə əlaqəlidir

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinə yanaşmasını yenidən nəzərdən keçirməsi, döyüş meydanında Rusiya bölmələrinin faktiki irəliləməsini və Ukrayna Silahlı Qüvvələrinin acınacaqlı vəziyyətini anlaması ilə əlaqəlidir.

Herbiand.az xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının reqlament və parlament fəaliyyətinin təşkili komitəsinin sədri Vladimir Cabarov “Vesti” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Senatorun sözlərinə görə, Amerika liderinin hazırkı qiymətləndirmələri olduqca səmimi səslənir: “Çünki artıq, Rusiya ordusunun xüsusi hərbi əməliyyat zonasındakı nailiyyətlərini görməzdən gəlmək mümkün deyil. Trampın ABŞ kəşfiyyatından və digər mənbələrdən dəqiq məlumatları var. Buna görə də Rusiya hava hücumlarını dəf etmək üçün kifayət qədər silahı olmayan Ukraynanın zəifliyindən yaxşı xəbərdardır”.

Bəxtiyar CƏFƏRLİ