Advertisment

Paytaxt raket hücumuna məruz qaldı: Nazirlik binası və hava limanları vuruldu

Yəməndəki İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına qarşı yeni və genişmiqyaslı hücum dalğasına başlayıb.

Herbiand.az xəbər verir ki, hücumlar zamanı paytaxt Ər-Riyad da daxil olmaqla, ölkənin bir sıra strateji əhəmiyyətli məntəqələri ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınıb.

Zərbələr endirilən obyektlər arasında Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin Ər-Riyaddakı binası da var.

Bundan başqa, Yanbu şəhərindəki “Aramco” neft obyektləri, Dammam və Abha beynəlxalq hava limanlarının da hücuma məruz qaldığı bildirilir.

Hədəfə alınan obyektlərdən və ərazilərdən güclü tüstünün yüksəldiyi qeyd olunur.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri raket və PUA-ları zərərsizləşdirmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Aydın

Herbiand.az