Advertisment

Paytaxtda qəribə ev elanları: eyvanlar da kirayəyə verilir

Miqrantların sayının artması Moskvanın mənzil bazarında da özünü göstərir. Kirayə qiymətlərinin yüksək olması və yaşayış sahəsinə tələbatın artması insanları daha qeyri-adi variantlara üz tutmağa vadar edir. Artıq paytaxtda mənzillərin otaqları ilə yanaşı, eyvanlar da kirayəyə verilir.

Herbiand.az xəbər verir ki, paytaxtın şimalında yerləşən Koptevo rayonunda mənzildəki balkon aylıq 10 min rubla (211 manat-red) kirayəyə verilir.

Məlumata görə, mənzil axtarışı üzrə məşhur platformalardan birində yayımlanan elan diqqət çəkib.

Elanda bildirilir ki, ikiotaqlı mənzildə bir otaqda iki Hindistan vətəndaşı, digər otaqda isə iki Özbəkistan vətəndaşı yaşayır.

Balkonda qalmaq istəyən şəxslərdən aylıq 10 min rubl kirayə haqqı ilə yanaşı, kommunal xidmətlər üçün əlavə 1850 rubl ödəmək tələb olunur. Elan müəllifi qiymətin bir nəfər üçün nəzərdə tutulduğunu bildirib.

Aydın

Herbiand.az