Türkiyənin şərq vilayətlərində havanın temperaturu kəskin dəyişib. Herbiand.az xəbər verir ki, Hakkari vilayətinin Yüksəkova rayonunda temperatur aşağı düşüb, dağlıq ərazilərə qar yağıb.
Bölgənin rəmzlərindən sayılan Cilo dağlarının zirvələri ağ örtüyə bürünüb.
Hakkari vilayətində yağışlı hava şəraiti davam edir. Yüksək ərazilərdə isə yağış qarla əvəzlənib.
Dağların zirvələrini örtən qar ətrafda füsunkar mənzərə yaradıb. Yağıntılar nəticəsində bölgədə qışın soyuq nəfəsi hiss olunmağa başlayıb.
Temperaturun aşağı düşməsi bölgədə hərəkəti çətinləşdirib.
Soyuq hava dalğasının yaxın günlərdə də Yüksəkova və ətrafında davam edəcəyi gözlənilir.
Rəsmi qurumlar əlverişsiz hava şəraiti ilə əlaqədar dağlıq ərazilərdə səfərə hazırlaşan sürücüləri və sakinləri diqqətli olmağa çağırıblar.
Aydın