Moldova Ukraynadan sınaq məqsədilə 2 milyon kubmetr təbii qaz alıb. Herbiand.az xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Vasili Tofan məlumat verib.
Onun sözlərinə görə, əsas məqsəd Ukraynadan qaz tədarükü mexanizminin işləkliyini yoxlamaq olub və proses uğurla başa çatıb.
Baş nazir sövdələşmənin dəqiq dəyərini açıqlamayıb, lakin qiymətin bir meqavat-saat üçün birja qiymətindən təxminən 10 avro fərqləndiyini bildirib.
Tofan qeyd edib ki, Moldova gələcək danışıqlarda Avropa bazarındakı qiymətlərdən daha ucuz qaz əldə etməyə çalışacaq.
Oktyabrın 12-də o, Kişinyovun Ukraynadan təbii qaz alınması məsələsini Kiyevlə müzakirə etməyi planlaşdırdığını açıqlamışdı.
Baş nazir Ukraynada qaz artıqlığının olduğunu və logistika baxımından bu ölkədən idxalın Moldova üçün daha sərfəli ola biləcəyini vurğulayıb.
Aydın