Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
***
18:45
Ceyranbatan qəsəbəsində 2 nömrəli məktəbdə qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
"Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb",- məlumatda qeyd olunub.
***
17:31
Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.
Bu barədə Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.
Qeyd edilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
***
17:18
Bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
***
17:12
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında iddia edilən zəhərlənmə hadisəsi nəzarətə götürülüb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
"Məsələ nəzarətə götürülüb. Araşdırılır", - qurumun məlumatında qeyd olunub.
Teleqraf