Advertisment

Əməkdar artist vəfat edib

SSRİ Xalq artisti  Arkadi Raykinin qızı, teatr və kino aktrisası  Yekaterina Raykina vəfat edib. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın əməkdar artsiti ömrünün 89-cu ilində dünyasını dəyişib. Məlumata görə, aktrisa xəstəxanada vəfat edib.

Qeyd edək ki, Yekaterina Raykina 15 aprel 1938-ci ildə Leninqradda anadan olub və ilk dəfə səhnəyə 12 yaşında “Səfillər” tamaşasında Kozetta obrazı ilə çıxıb.

O, 1959-cu ildə Boris Şukin adına Teatr Məktəbini bitirdikdən sonra Yevgeni Vaxtanqov adına Teatrın truppasına qəbul olunub. Aktrisa ömrünün təxminən 50 ilini bu teatrda çalışıb.

Onlarla tamaşada müxtəlif obrazları ifa edib.

Onun canlandırdığı obrazlar arasında “Məişət zadəganı” tamaşasındakı Lüsil, “Şahzadə Turandot”dakı Zəlimə, eləcə də “Çəkməli pişik” tamaşasındakı Zoluşka və Şahzadə obrazları daha yaddaqalandır. Yekaterina Raykinanın Vaxtanqov Teatrında son işi “Ağ dovşan” tamaşasındakı Betti obrazı olub.

Aktrisa, həmçinin “Nikitski darvazası” teatrında və Monrealda fəaliyyət göstərən L. Varpaxovski adına teatrda səhnəyə çıxıb.

Aydın

Herbiand.az