Advertisment

Bir ildə 1200-dən çox film izlədi - REKORD

ABŞ-ın Pensilvaniya ştatından olan Qlenvud adlı təqaüdçü bir ildə 1207 film izləyərək dünya rekordu qırıb. O, amerikalı Zahari Svoupun əvvəlki 777 film rekordunu qırıb.

Herbiand.az bildirir ki, bu barədə Ginnesin Rekordlar Kitabının veb saytında yazılıb.

60 yaşlı Qlenvud bütün həyatı boyu musiqi və kinonu sevib. Buna görə də təqaüdə çıxdıqdan sonra ən çox film izləməklə dünya rekordu qırmaq qərarına gəlib. O, bu addımına 2024-cü ilin aprelində başlayıb. Növbəti il ​​ərzində gündə orta hesabla 3,3 film izləyib. Qlenvud hər gün yerli kinoteatrların afişasını əvvəlcədən araşdırıb və səhər tezdən gecə yarısına qədər mümkün qədər çox film izləməyə çalışıb.

Qeyd olunub ki, Qlenvud bu qədər filmə baxmaq üçün çox pul xərcləməyib. Ayda cəmi 28 dollara limitsiz kart almaqla çoxlu sayda film izləmək imkanı qazanıb, yeməyi isə evdən özünlə aparıb.

Bəxtiyar CƏFƏRLİ