Advertisment

ABŞ Ukraynaya ərazi güzəştləri üçün təzyiq etməyəcək?

Bir vaxtlar ABŞ Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərini ərazi güzəştlərinə dair razılığına bağlamağı düşünmüşdü. Lakin Amerika tərəfi sonradan danışıqlar masasında Kiyevi ərazi iddialarından imtina etməsi üçün təzyiq göstərməyəcəyini açıq şəkildə bildirdi.

Herbiand.az bildirir ki, bu barədə Financial Times iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Ağ Evin mövqeyində dəyişiklik baş verib: “Ərazi məsələsi əvvəllər zəmanətlər üçün şərt kimi qaldırılsa da, indi vurğu dəyişib. ABŞ dialoq zamanı bu cür qərarları məcbur etmək niyyətində deyil”.

Bəxtiyar CƏFƏRLİ