Prezident Donald Tramp daha bir ölkəni ABŞ-yə birləşdirmək niyyətindədir.
Herbiand.az xəbər verir ki, Venesuela ilə münasibətlərin çox yaxşı olduğunu bildirən dövlət başçısı ölkənin gələcəkdə ABŞ-nin 51-ci ştatına çevrilə biləcəyini iddia edib.
O, Texas ştatında keçirilən seçki mitinqində çıxışı zamanı Venesueladan böyük həcmdə neft aldıqlarını və ABŞ şirkətlərinin bu ölkəyə ciddi investisiyalar yatırdığını bildirib.
“Venesuela yaxın gələcəkdə firavan ölkəyə çevriləcək”-Tramp belə deyib.
O, hətta ölkədə dövlət başçısı əvəzinə qubernator seçkilərinin keçirilməsi ehtimalını dilə gətirib.
ABŞ lideri çıxışında İranla davam edən müharibəyə də toxunaraq, münaqişənin yaxın vaxtlarda başa çatacağını iddia edib.
Tramp İranla münasibətlərdən də danışıb. O, İrana qarşı hərbi əməliyyat qərarını müdafiə edib.
Aydın