Advertisment

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Qubada yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun asfaltlanmasına başlanılıb.

Herbiand.az xəbər verir ki, əsaslı təmir olunan Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun ümumi uzunluğu 26 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun inşa olunan yolun eni 6 metr təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan əsaslı təmir işlərindən sonra ərazidəki yaşayış məntəqələrinin əhalisinin rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşacaq.