Advertisment

Baş nazir Rusiyadan qaz idxalını sərt tənqid edib

Niderlandın baş naziri Rob Yetten Avropa ölkələrinin Rusiyadan enerji resursları almasını sərt tənqid edib.

Herbiand.az xəbər verir ki, o, Rusiyadan enerji daşıyıcıları idxalı ideyasını “axmaq fikir” adlandırıb.

“Son bir neçə ildə Avropa ölkələri Rusiya resurslarından imtina edə biləcəklərini nümayiş etdiriblər. Yaxın bir neçə ildə heç bir Avropa lideri Rusiyadan qaz almaq istəməyəcək”-Yetten belə deyib.

Daha əvvəl Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen bu qış 50 milyon avropalının çətin seçim qarşısında qala biləcəyini bildirib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərində rekord artım soyuqdan əziyyət çəkəcək əhalini seçim etməyə məcbur edə bilər.

Aydın

Herbiand.az