Polşa prezidenti Karol Navrotski bildirib ki, o, Ankarada NATO sammiti ərəfəsində liderlərin şam yeməyi zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
O bildirib ki, mövcud ikitərəfli fikir ayrılıqlarına baxmayaraq, Varşava və Kiyev dialoqu davam etdirməlidirlər, çünki onların ortaq düşməni - Rusiya var.
Polşa prezidenti şam yeməyi zamanı Vladimir Zelenski də daxil olmaqla bir çox dünya lideri ilə danışdığını bildirib.
"Dünən şam yeməyi zamanı bir çox dünya lideri ilə danışdım. Onların arasında, əlbəttə ki, Prezident Zelenski də var idi. Bəlkə də bu gün danışmaq üçün başqa bir fürsət olacaq", - Navrotski deyib.
Zelenskinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin jurnalistlərə bildirib ki, Ukrayna və Polşa liderləri Akara şəhərində keçirilən NATO sammiti çərçivəsində həqiqətən də qısa söhbət ediblər.
Litvin deyib: "Dünən axşam prezidentlər danışıblar. Bu qısa söhbət idi və onlar yenidən görüşmək üçün bu gün cədvəllərini əlaqələndirməyə çalışacaqları barədə razılığa gəliblər".
Bu, Ukrayna prezidentinin Ağ Qartal ordeninin ləğvi ilə bağlı qalmaqaldan bəri Zelenski ilə Navrotski arasında ilk üzbəüz söhbət idi.