Advertisment

Gürcüstan bu il 4 min qanunsuz miqrantı deportasiya etməyi planlaşdırır

Bu il ən azı 4 min qanunsuz miqrantın Gürcüstandan deportasiyası planlaşdırılır.

Herbiand.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

O deyib ki, təxmini hesablamalara görə, ötən il Gürcüstanda təxminən 20 min qanunsuz miqrant olub və hökumət bu problemin həlli üçün prosesləri fəal şəkildə planlaşdıra aparmağa başlayıb. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentini gücləndirib.

“Həyata keçirilən islahatlar nəticə etibarilə ölkəni yaxın dörd il ərzində bu problemdən tamamilə qurtarmağa imkan verəcək ki, bu da Gürcüstan üçün çox vacib bir vəzifədir”, - deyə Baş nazir bildirib.