Advertisment

ABŞ-dan İrana iqtisadi təcrid xəbərdarlığı

ABŞ administrasiyası İrana qarşı indiyədək heç bir ölkəyə münasibətdə tətbiq olunmadığı bildirilən miqyasda iqtisadi təcrid tədbirləri həyata keçirməyi planlaşdırır.

Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “Newsmax”a müsahibəsində açıqlayıb.

Nazirin sözlərinə görə, nəzərdə tutulan tədbirlər misli görünməmiş iqtisadi təcrid siyasətini və Hörmüz boğazında davam edən blokadanı əhatə edəcək.

Bessent bildirib ki, Vaşinqtonun əsas məqsədi İran limanlarına hər hansı yükün daxil olmasının və limanlardan çıxarılmasının qarşısını almaqdır.

Onun sözlərinə görə, bu addımlar İranın xarici ticarət imkanlarını ciddi şəkildə məhdudlaşdırmağa və ölkəyə qarşı iqtisadi təzyiqi artırmağa yönəlib.