Kamçatkada köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşı Tatyana Dolivets xilas edildiklərini və təhlükəsiz yerə təxliyə olunduqlarını açıqlayıb.
Herbiand.az bildirir ki, bu barədə o, özünün "Instagram" hesabından paylaşım edib.
“Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”, - deyə o paylaşımında bildirib.