Advertisment

Gədəbəydə Niva aşıb, sürücü ağır xəsarət alıb

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Herbiand.az-ın məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "NİVA" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb.

Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.