Advertisment

Asim Münir sabah Tehrana səfər edəcək, sülh səyləri müzakirə olunacaq

Pakistan Ordusunun Baş Qərargah rəisi feldmarşal Asim Münir Tehrana səfər edəcək.

Herbiand.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

İsmayıl Bəqai bildirib ki, Asim Münir bazar ertəsi rəsmi nümayəndə heyətinin rəhbəri kimi Tehrana səfər edəcək.

İran XİN sözçüsü qeyd edib ki, səfər İran-Pakistan arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin Pakistanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə göstərdiyi dəstəyin davam etdirilməsi məqsədi daşıyır.

Asim Münirin səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüş və danışıqlar aparacağı bildirilib.