Advertisment

İran ilk dəfə təkmilləşdirilmiş Shahed-136 PUA-sını təqdim edib

İranın Shahed-136 kamikaze dronunun təkmilləşdirilmiş versiyası rəsmi görüntülərdə ilk dəfə nümayiş etdirilib. Pilotsuz təyyarə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi və müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid bin Əl-Rza tərəfindən İranın yeraltı fabriklərindən birinə səfəri zamanı kameraya çəkilib.

Herbiand.az bildirir ki, dərc olunmuş görüntülər ImpNavigator Telegram kanalı tərəfindən işıqlandırılıb.

Tehran bəyan edib ki, İsrail və ABŞ ilə münaqişənin başlamasından bəri kamikaze dronlarının istehsalı üç dəfə artıb.

Bəxtiyar CƏFƏRLİ