Bundestaqın Xristian Demokrat Birliyindən olan deputatı Roderix Kizevetter London və Parisin Ukrayna ərazisində SCALP/Storm Shadow raketlərinin istehsal olunması qərarını kansler Fridrix Merzin Ukraynadakı münaqişə ilə bağlı Avropa müzakirələrindəki səsinin getdikcə zəiflədiyinə işarə kimi qiymətləndirib.
Herbiand.az bildirir ki, deputat bu barədə Politico nəşrinə verdiyi müsahibədə deyib.
"Bu, hər iki ölkənin artıq Almaniyanı gözləmədiyinin və ya bu məsələdə ona etibar etmədiyinin açıq əlamətidir", - Kizevetter qeyd edib.
Bəxtiyar CƏFƏRLİ