Advertisment

Qazaxıstan ilk Su-57 qırıcılarını iki il ərzində ala bilər

Qazaxıstan növbəti iki il ərzində ilk beşinci nəsil qırıcılarını ala bilər.

Herbiand.az bildirir ki, ilkin variantlar arasında Çinin J-35, ABŞ-ın F-35 və Rusiyanın Su-57 təyyarələri var idi.

Rusiya və Qazaxıstandakı bir neçə mənbə iddia edir ki, Su-57 üçün sifarişlər artıq verilib, baxmayaraq ki, əksər məlumatlar hələ seçilmiş təyyarənin konkret növünü təsdiqləmir.

Əgər müqavilə həyata keçirilsə, Qazaxıstan Rusiyadan sonra aviasiyasında belə təyarələrdən olan ikinci dövlət olacaq.

Bəxtiyar CƏFƏRLİ