Advertisment

NATO proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (Defence Education Enhancement Programme – DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib.

Bu barədə Herbiand.az-a Müdafiə Nazirliyindən məlumat verilib

Bildirilib ki, tədbir çərçivəsində iştirakçılara müasir təlim və tədris metodları, məşğələlərin səmərəli təşkili, təlim nəticələrinin qiymətləndirilməsi, təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi, qarşılıqlı effektiv müəllim–tələbə əlaqəsinin qurulması və digər aktual mövzular üzrə məlumatlar təqdim olunub.

Treninqin əsas məqsədi hərbi təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin pedaqoji və metodiki bacarıqlarının təkmilləşdirilməsi, müasir tədris metodlarının tətbiqinin genişləndirilməsi, təhsil prosesinin səmərəliliyinin artırılması, eləcə də hərbi təhsilin qabaqcıl beynəlxalq təcrübə və NATO standartları əsasında inkişaf etdirilməsidir.