Advertisment

Rusiya MN müqavilə öhdəliklərini pozan hərbçilərdən ödənişin bir hissəsinin geri alacaq

Rusiya Müdafiə Nazirliyi müqavilə üzrə xidmət edərkən məhkum edilmiş hərbi qulluqçulardan müqavilə imzalandıqda verilən federal birdəfəlik ödənişin bir hissəsinin geri alınmasını təklif edib.

Herbiand.az bildirir ki, bu barədə normativ hüquqi aktların layihələri portalında yerləşdirilən qətnamə layihəsində qeyd edilib.

Sənədə əsasən, müqavilə üzrə xidmət edən və tərxis olunmayan əsgər cinayət törətməkdə təqsirli bilinərsə, lakin azadlıqdan məhrum edilməzsə, ödəniş geri qaytarılacaq. Bu halda, geri alınacaq məbləğ müqavilənin qalan müddətinə mütənasib olacaq.

Layihədə bildirilir ki, bu tədbirlər hərbi xidmət zamanı "hərbi qulluqçuların qanuna riayət etmək motivasiyasını artırmaq" üçün zəruridir.

Sənəddə qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, məhkum edilmiş hərbi qulluqçular həbs cəzası təyin edilmədikcə xidmətlərini davam etdirirlər. Bundan əlavə, əgər hərbi qulluqçu vaxtından əvvəl tərxis olunarsa, onlara verilən ödəniş də müqavilə üzrə qalan müddətə mütənasib miqdarda geri qaytarılır və bölməni icazəsiz tərk edənlərə ödəniş edilmir.

Bəxtiyar CƏFƏRLİ