Kreml Latviyanın Rusiyadan taxıl idxalına 300 faizlik rüsum tətbiq etmək niyyətini şərh edib. Herbiand.az xəbər verir ki, Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bununla bağlı danışıb.
“Riqa görünür, gömrük rüsumları ilə bağlı “okeanın o tayındakı üsullardan” ilhamlanıb.
Ona görə də Rusiya taxılına tariflər tətbiq etməyi planlaşdırır”-deyə, Peskov bildirib.
Kreml sözçüsü deyib ki, ölkəsi bundan narahat deyil, çünki dünya bazarında hər zaman alternativ yollar mövcuddur.
“Dünyada ticarət müharibələri davam edir. Latviya bu qərarına görə çox şey itirəcək”-deyə, Peskov davam edib.
Qeyd edək ki, sentyabrın 7-də Latviyanın baş naziri Andris Kulberqs hökumətin Rusiya və Belarusdan gətirilən taxıl yüklərinə və onların emalına 300 faizlik rüsum tətbiq etmək niyyətində olduğunu bildirib.
Həmin gün həmçinin Latviyanın 2027-ci ildən Rusiyaya və Belarusa sərnişindaşımanı tamamilə dayandıra biləcəyi barədə məlumat yayılıb.
Bir müddət əvvəl Latviyanın xarici işlər naziri Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaların daha sürətli tətbiqinə çağırıb.
E.Cəfərli