Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bələdiyyə sədrləri ilə görüşlərini davam etdirir. Herbiand.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə dövıət başçısı qadın bələdiyyə sədrlərini qəbul edib.
Məlumata görə, görüş partiyanın baş qərargahında baş tutub və mətbuata qapalı keçirilib. Görüşdən fotoşəkillər ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Ankara bələdiyyəsinin sədri Mənsur Yavaşı qəbul etmişdi.
E.Cəfərli