Advertisment

Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib.

Herbiand.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.