Avstriyalı polkovnik və hərbi analitik Markus Raysner Ukraynanın hava hücumundan müdafiə sistemini ən həssas nöqtəsi adlandırıb.
Herbiand.az xəbər verir ki, polkovnik bu barədə T-Online-a danışığında bildirib.
Hərbi analitik qeyd edib ki, Kiyev raket çatışmazlığı yaşayır və Moskva bu zəifliyi öz xeyrinə çevirə biləcək iqtidarındadır.
O, bildirib ki, Ukraynanın hava hücumundan müdafiəsi ciddi şəkildə zəifləyib: “Ballistik və qanadlı raketlərə qarşı həlledici müdafiə vasitəsi kimi xidmət edən Patriot raket sistemləri üçün xüsusilə kəskin sursat çatışmazlığı var. 8 sentyabr gecəsi Ukrayna Rusiyanın atdığı raketlərin yalnız yarısını ələ keçirə bildi. Bu, Putinin başa düşdüyü Axilles dabanıdır”.
Bəxtiyar CƏFƏRLİ