Advertisment

“Rostex” vahid HHM sistemi yaratmaq istəyir

Rusiya ixtiraçıları hava hücumundan müdafiə aşkarlama və hava hədəflərinin vurulmasını vahid konturda birləşdirməyə imkan imkan verəcəklər ki, burda raket və pulemyot sistemləri müxtəlif nöqtələrdə işləyəcək.

Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyasının bir hissəsi olan “Yüksəkdəqiqlikli komplekslər” holdinq şirkəti belə bir sistemin imkanları barədə məlumat verib.

İlk element hava məkanına nəzarət sistemi olmalıdır. Onun məqsədi uçan aparatları aşkar etmək və qorunan obyektə yaxınlaşmazdan əvvəl gələn hədəfin növünü müəyyən etməkdir.

Uzaq nöqtələrdə mobil “Pantsir-S1M” və stasionar “Pantsir-SMD-E” sistemləri hücumları ələ keçirə biləcək. Yaxın məsafədə hücumları dəf etmək üçün TKB-1167 pulemyot sistemləri yerləşdiriləcək. Onlar hava hədəflərini müstəqil şəkildə aşkarlaya, izləyə və “Pantsir” sistemləri üçün əlavə örtük təmin edə bilirlər.

Bəxtiyar CƏFƏRLİ