Advertisment

Tor-M2KM döyüş modulu Beynəlxalq Aviasiya Sərgisində təqdim edilib

Rusiya “Almaz-Antey” Hava Hücumundan Müdafiə Konserni Misirdə keçirilən El Alamein International Airshow 2026-da “Tor-M2” ailəsi də daxil olmaqla, hava hücumundan müdafiə sistemləri xəttini təqdim edib.

Herbiand.az bildirir ki, Rosoboroneksport-un meydanında “Tor-E2”, “Tor-M2K” və “Tor-M2KM” avtonom döyüş modulu təqdim olunub.

Bu sistemlər hərbi hissələri, inzibati obyektləri və hərəkətdə olan qoşunları geniş hava təhdidlərindən qorumaq üçün nəzərdə tutulub. Hədəflərə təyyarə və vertolyotlar, qanadlı və radar əleyhinə raketlər, idarə olunan sursatlar, sürüşmə bombaları və dronlar daxildir. Sistem əlverişsiz hava şəraitində və aktiv elektron əks tədbirlər altında işləyə bilər.

Bəxtiyar CƏFƏRLİ