Advertisment

Kolesnik: Rusiyaya doğru uçan dronlar Baltikyanı ölkələr üzərində vurulmalıdır

Rusiya ona doğru gedən Ukrayna dronlarını hələ Baltikyanı ölkələr üzərindən ələ keçirməyə başlamalıdır.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib.

O, Moskvanın prioritetinin öz təhlükəsizliyi olaraq qalmalı olduğunu vurğulayıb: "Bizim tərəfimizə gələn hər şey, onlar üçün nə qədər xoşagəlməz olsa da, vurulmalıdır. Biz ilk növbədə özümüzü düşünməliyik".

Kolesnik qeyd edib ki, Ukrayna Baltikyanı ölkələri dronları üçün təhlükəsiz keçid kimi istifadə edir. O, həmçinin dronların birbaşa Baltikyanı ölkələrdən buraxıla biləcəyi ehtimalını da istisna etməyib: “Estoniyadan gələn dronlar tez-tez Leninqrad vilayətinə doğru gedir”.

Deputat hesab edir ki, Litva və Latviya da Ukrayna dronları üçün tranzit nöqtələri kimi istifadə edilə bilər: “Bu ölkələrin ərazilərindən keçən marşrutların dəyişdirilməsi qarışıqlığa səbəb olur və uçuşların mənşəyini müəyyən etməyi çətinləşdirir. Ukraynanın dron əməliyyatlarına bu cür dəstəyin davam etdirilməsi Baltikyanı ölkələrin özləri üçün mənfi nəticələrə səbəb ola bilər”.

Bəxtiyar CƏFƏRLİ