Advertisment

Azərbaycan ordusunun sabiq briqada komandiri vəfat edib

Qarabağ qazisi, polkovnik Azər Rüstəmov vəfat edib. Herbiand.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Hikmət Ağayev məlumat verib.

“Bir qazi silahdaşımızı, polkovnik Azər Rüstəmovu da itirdik. Azər Rüstəmov Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə 2 dəfə “Qırmızı Ulduz” ordeni və digər medallarla təltif olunmuşdu. Vətənimizin ağır dar günlərində könüllü olaraq Milli Ordu sırlaarına yazılmış və briqada komandiri vəzifəsinə qədər xidmət etmiş və bir çox döyüş əməliyyatlarında iştirak etmişdi.

Əsgəran uğrunda gedən əməliyyatlarda ağır yaralanmasına baxmayaraq yenidən  döyüşlərə qayıtmışdı. Məkanın cənnət olsun əziz qardaşımız”-deyə, o qeyd edib.

Herbiand.az