Advertisment

ABŞ prezidentliyinə şanslı namizəd açıqlandı: “Onun parlaq siyasi gələcəyi var”

ABŞ-nin dövlət katibi Marko Rubionun gələcəkdə ABŞ prezidenti vəzifəsini tutmaq üçün yaxşı şansı var. Herbiand.az xəbər verir ki, bunu  Moskva Maliyyə Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru İvan Pyatibratov bildirib.

Siyasi təhlilçi Marko Rubionun şansını artıran bir neçə amilə diqqət çəkib:

“Özü Latın Amerika əsilli, xanımı isə Kolumbiyadan olan Rubio ABŞ-dakı Latın Amerikası diasporunun dəstəyini qazana bilər. Onun parlaq siyasi  gələcəyi var. Rubio hazırkı prezident Donald Trampın bəzən işləməkdə çətinlik çəkdiyi seçici qruplarına belə xitab edə bilir”.

Analitikin sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin də adı ölkə prezidentliyinə namizəd kimi hallanır.

Lakin onun fikrincə, Vens milli azlıqlarla necə işləmək lazım olduğunu bilmir.

“Rubionun isə bu işdə yaxşı təcrübəsi var. O, idarəçi kimi də istedadlıdır”,- politoloq əlavə edib.

E.Cəfərli

Herbiand.az

 

Top of Form

Bottom of Form