13 sentyabrda Litva ordusu naməlum pilotsuz təyyarənin hava məkanını pozduğunu bildirib. Bu, Vilnüs hava limanının bağlanmasına və NATO qırıcı təyyarələrinin havaya qaldırılmasına səbəb olub. Lakin sonradan bir dəstə quş dronlarla səhv salındığı üçün həyəcan siqnalının yalan olduğu müəyyən edildi.
Herbiand.az xəbər verir ki, Litva müdafiə naziri Robertas Kaunas hadisəyə münasibət bildirib.
O, deyib ki, indi hərbçilər quşları dronlardan ayırd etmək üçün təlim keçəcəklər: “Ölkə hakimiyyəti buna nail olmaq üçün bir sıra əlavə qərarlar qəbul etməli olacaq. Düşünürəm ki, quşları müəyyən etmək və onları dronlardan və ya digər uçan obyektlərdən ayırd etmək həqiqətən vacibdir”.
Bəxtiyar CƏFƏRLİ