Advertisment

İSMA Ailəvi Restoranının açılış mərasimi keçirilib

İsmayıllı şəhərində yeni ailəvi istirahət və qidalanma məkanı – İSMA Ailəvi Restoranının rəsmi açılış mərasimi baş tutub.

 

Restoran İsmayıllı şəhəri, H.Əliyev prospekti 177B ünvanında yerləşir və bir mərtəbədən ibarət olmaqla ailələr, uşaqlar və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuş müasir məkan konsepsiyası ilə fəaliyyət göstərir.

 

İSMA Ailəvi Restoranında müxtəlif ehtiyaclara uyğun bir neçə zal mövcuddur. 44 nəfərlik ailə zalı əsasən ailələr və uşaqlar üçün nəzərdə tutulub. Bundan əlavə, həm banketlər, həm də adi günlərdə qonaqların istifadəsi üçün 75 nəfərlik əsas zal fəaliyyət göstərir.

 

Restoranda daha özəl və rahat atmosfer axtaran qonaqlar üçün karaoke ilə təchiz olunmuş 16 nəfərlik VIP kabinet də yaradılıb.

 

Uşaqların asudə vaxtının daha maraqlı və əyləncəli keçirməsi üçün restoranda xüsusi uşaq əyləncə zonası fəaliyyət göstərir. Bununla da İSMA Ailəvi Restoranı həm böyüklərin rahat istirahətini, həm də uşaqların əyləncəli vaxt keçirməsini təmin etməyi qarşısına məqsəd qoyur.

 

Restoranın menyusunda milli mətbəx nümunələri, dönər və fast-food çeşidləri təqdim olunur. Müştərilərin rahatlığı üçün İsmayıllı şəhəri daxilində çatdırılma xidməti də fəaliyyət göstərir.

 

İSMA Ailəvi Restoranının fəaliyyətə başlaması ilə İsmayıllı şəhərində 15 yeni iş yeri yaradılıb. Yeni məkanın şəhərin ictimai iaşə və xidmət sektoruna əlavə töhfə verməsi, həmçinin yerli məşğulluğun artırılmasına xidmət etməsi nəzərdə tutulur.

 

İSMA Ailəvi Restoranı İsmayıllı sakinlərini və şəhərin qonaqlarını yeni məkanında qarşılamağa dəvət edir.