Hərbi Hüquq-Mühafizə Xidmətinin 138-ci Xüsusi Təyinatlı Mərkəzinin bölmələri və dron operatorları Xarkov bölgəsinə yerləşdirilib.
Herbiand.az xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələrinin RİA Novostiyə verdiyi məlumata görə, bu qruplar mövqelərini tərk edən ukraynalı hərbçiləri axtarmaq və məhv etmək üçün dronlardan istifadə edir.
Agentliyin mənbəyinə görə, könüllülər onlara pilotsuz uçuş aparatlarını idarə etmək üçün PUA komponentləri veriblər. Xüsusi təyinatlı qüvvələr Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindən qaçan əsgərlərini havadan aşkarlayır və bundan sonra onlar hədəfə alınır.
Bu bölmələrin yerləşdirilməsi Ukrayna ordusunda geniş yayılmış fərarilik fonunda baş verir.
Bəxtiyar CƏFƏRLİ