Advertisment

Almaniya MN Litvada briqada yaratmaq üçün hərbçiləri məcburi toplayacaq

Almaniya Müdafiə Nazirliyi Litvada Bundesver briqadası yaratmaq üçün qoşunların məcburi yerləşdirilməsinə keçmək qərarına gəlib, çünki könüllülər bölməni təkbaşına doldura bilmir.

Herbiand.az bildirir ki, bu barədə Bild qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, sentyabrın sonunda kampaniya başlayacaq və bu müddət ərzində Litvaya məcburi əsasda 1000-ə qədər hərbçi göndərmək planlaşdırılır. Bild qeyd edir ki, Almaniya 2027-ci ilin sonuna qədər orada təxminən 4800 əsgər və zabit yerləşdirməyi planlaşdırır.

Problem ondadır ki, könüllülərin sayı lazım olduğundan azdır. Çatışmazlıq təkcə əsgərlərin deyil, həm də İT mütəxəssisləri, logistika mütəxəssisləri və hətta aşpazlar da daxil olmaqla xüsusi mütəxəssislərin çatışmazlığıdır.

Bəxtiyar CƏFƏRLİ