Advertisment

Qlobal yanacaq böhranı: ABŞ-da dizel 60 faiz bahalaşıb

ABŞ-ın iri neft şirkətlərinin rəhbərlərinin Yaxın Şərqdəki münaqişə fonunda xəbərdarlıq etdikləri qlobal yanacaq böhranı artıq başlayıb. Herbiand.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” iddia ilə çıxış edib.

“Neft şirkətlərinin rəhbərləri böyük yanacaq böhranının artıq başladığını bildirirlər”-nəşrin analtik məqaləsində bildirirlir.

Qəzet yazır ki, bütün dünyada kommersiya yanacaq ehtiyatları artıq yarım ildən çoxdur ki, tükənməkdədir.

“Strateji neft ehtiyatlarından istifadə imkanları demək olar ki, tükənib. Enerji sektoru üzrə təcrübəli ekspertlər xəbərdarlıq ediblər ki, Yaxın Şərqdəki münaqişə davam etdiyindən vəziyyətin nəzarətdən çıxması riski yüksəkdir”-qəzet davam edir.

Məlumata görə, ABŞ-da dizel yanacağının qiyməti bir ay ərzində təxminən 14 faiz, bir il ərzində isə 60 faizdən çox artıb. Xarici medianın yaydığı xəbərə görə, ABŞ prezidenti yanacaq qiymətlərinin artımının qarşısını almaq üçün bir sıra tədbirlər görməyə çalışıb.

O, Ağ Evdə neft emalı şirkətlərinin rəhbərləri ilə xüsusi müşavirə keçirib və Venesuela ilə genişmiqyaslı neft sazişi barədə açıqlama verib.

E.Cəfərli
Hebriand.az