Advertisment

Azərbaycan neft məhsullarının ixracını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 466 752,15 min ABŞ dolları dəyərində 617 360,36 ton neft məhsulları ixrac edib.

Herbiand.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, həcmi isə 40,7% çox olub.

Qeyd edək ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Xatırladaq ki, Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.