Advertisment

İran AEBA ilə əməkdaşlığın bərpası üçün şərtini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yoxlamalarının bərpası yalnız AEBA İranın nüvə obyektlərinin və alimlərinin təhlükəsizliyinin təmin edildiyi barədə rəsmi bəyanat verdikdən sonra mümkün olacaq.

Herbiand.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Vahid Əhmədi bildirib.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin qaydalarına əsasən, “Nüvə silahlarının yayılmaması haqqında” Müqavilənin iştirakçısı olan ölkələrə məxsus bütün nüvə mərkəzləri mühafizə altında olmalı və hücumlara məruz qala bilməz. AEBA ilə istənilən əməkdaşlıq dayandırılıb.

Bu dayandırılma həm yoxlamaların keçirilməsini, həm də qarşılıqlı fəaliyyətin digər formalarını əhatə edir. Tehran yalnız konkret şərt yerinə yetirildikdə birgə fəaliyyətə qayıdacaq.

Yoxlamaların və Agentliklə əməkdaşlığın bərpası yalnız AEBA İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi üçün zəruri şərtlərin təmin edildiyini rəsmi şəkildə elan etdikdə mümkün olacaq”, – deyə Vahid Əhmədi qeyd edib.

APA