Advertisment

Ankara-Şanlıurfa təyyarəsində qorxulu anlar-SON DƏQİQƏ

Ankaradan Şanlıurfaya uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. Beləki “AJet” aviaşirkətinə məxsus 4180 nömrəli təyyarədə partlayıcı maddənin olması barədə qeyd aşkar edilib.
Herbiand.az xəbər verir ki, Şanlıurfa “QAP” aeroportuna eniş edən təyyarənin içərisində axtarış aparılıb.

Şanlıurfa valisi Hasan Şıldak saat 19:00-da Ankaradan havalanan təyyarənin saat 20:05-də Şanlıurfa hava limanına eniş etdiyini bildirib.

Vali təyyarədə olan 136-sı sərnişin və 7-si heyət üzvü olmaqla ümumilikdə 143 nəfərin təxliyə olunduğunu bildirilib.

Şıldak təxliyə işləri və təhlükəsizlik axtarışı üçün zəruri olan bütün tədbirlərin görüldüyünü qeyd edib.

Aydın

Herbiand.az