Advertisment

BMT: ABŞ-da hərbçinin ictimai edamı işgəncə ilə eynidir

Pentaqonun rəhbəri Pit Heqset Fort-Hud hərbi bazasında kütləvi qırğına görə məhkum edilmiş ABŞ ordusunun keçmiş mayoru Nidal Həsənin ictimai edamını həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Herbiand.az bildirir ki, Heqset bununla cəmiyyətin bu cür cinayətlərin nəticələrini başa düşməli olduğuna inanır.

Lakin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi bu qərara qarşı çıxıb. Qurum ictimai edamın “işgəncənin qəti qadağan olunmasını pozacağını” bildirib.

Nidal Həsənin edamı 3 dekabra təyin olunub. O, 13 nəfəri öldürməkdə və 32 nəfəri yaralamaqda günahkar bilinib.

Qeyd edək ki, ABŞ-da 90 ildir ictimai edamlar həyata keçirilmir.

Bəxtiyar CƏFƏRLİ